Azərbaycanın tanınmış şairi vəfat etdi

Картинки по запросу camal yusifzadə

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, dramaturq, nasir Camal Yusifzadə bu səhər dünyasını dəyişib.

XALQ.AZ modern.az-a istinadən xəbər verir ki,   mərhum, bir müddət olar ki, ürək xəstəliyindən əziyyət çəkirmiş. Bu səhər qəfil ürək tutmasından dünyasını dəyişib.

Xatırladaq ki, Camal Yusifzadə 1941-ci ilin 9 avqustunda Lənkəranda anadan olub. 1991-1998-ci illərdə Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri redaksiyasının baş redaktorunun müavini olub.Bir neçə pyesi tamaşaya qoyulub.

Allah rəhmət eləsin!