Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında məntəqələr yaradılmışdır

06

 

MSK katibliyinin informasiya mərkəzinin müdiri Rüfət Gülməmmədov Müstəqil Mətbuat Mərkəzinə bildirmişdir ki, prezident seçkiləri ilə əlaqədar Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında 37 müvəqqəti məntəqə yaradılmışdır. Bu məntəqələrdə 14 minə yaxın Azərbaycan Respublikası vətəndaşı səs verəcəkdir. Onların səsvermədə iştirakını təmin etmək üçün hər cür şərait yaradılmışdır.