Azərbaycanlı aktrisa məşhur türk serialında-Video

Azərbaycanlı aktrisa Yağmur Şahbazova Türkiyənin məşhur serialında baş rolda çəkilib.

XALQ.AZ  
xəbər verir ki, aktrisa “Yemin” serialında azərbaycanlı qadını canlandırır.

O, serialda Azərbaycan dilində danışacaq. 

Gündəlik serial olan “Yemin” sentyabrdan “Kanal D”də yayımlanacaq.   

Xatırladaq ki, Yağmur Şahbazova Azərbaycan tamaşaçılarına “Vicdan haqqı” serialında yaratdığı Nərmini obrazı ilə tanışdır.

Orxan