Azərbaycanlı biznesmen mügənniyə villa bağışladı

04
Bu günlərdə 37 yaşı tamam olan Rusiyanın tanınmış müğənnisi Nikolay Baskov ad gününü böyük təmtəraqla qeyd edib.

Xalq.az  oxu.az-a istinadən xəbər verir ki, ad günü mərasiminin finalında azərbaycanlı milyarder Telman İsmayılovdan gələn möhtəşəm sürpriz hər kəsi şoka salıb.Sevimli müğənnisinin ad gününü qeyd etmək üçün iş adamı xüsusi olaraq yaxın dostlarını şəhər kənarındakı evində toplayıb və Baskovu da məclisə dəvət edib.Məhz burada AST Telman Nikolay Baskova kral hədiyyəsini təqdim edib. Belə ki, indi iş adamına məxsus olan və Türkiyədə yerləşən “Mardan Palace”nin ərazisindəki villalardan biri Nikolay Baskova bağışlanıb. Artist və qohumları həmin villadan istədikləri vaxt istifadə edə bilərlər.Qeyd edək ki, Telman İsmayılov artıq uzun illərdir, Nikolay Baskova maliyyə baxımından dəstək göstərir. Müğənninin Moskvada hərəkət etdiyi “cipi” də ona azərbaycanlı iş adamı bağışlayıb.