Azərbaycanlı deputat mandatındn imtina edəcək

36

 

Güney Azərbaycanın Xalxal şəhərinin İran parlamentindəki deputatı Cəlil Cəfəri mandatından imtina edib

O, gələn – 2015-ci ilin büdcəsinin qəbul olunmasında müşahidə olunan ayrı-seçkiliyə görə istefa verib.

GünAz TV-nin bu barədə yaydığı xəbərə görə, C.Cəfəri bildirib ki, büdcə qəbulunda bölgələrə qarşı ədalətsiz yanaşmaya görə istefa ərizəsini yazıb və parlament sədrinə təqdim edib.

“Məhrum məntəqələrə qarşı ədalətsiz münasibət aradan qalxmayana qədər istefamı geri almayacam”-deyə azərbaycanlı deputat bildirib.
“Öyrənci səsi” saytının məlumatına görə, millət vəkili Tehrandan olan deputatların siyasətdən başqa heç bir qayğılarının olmadığını vurğulayaraq bildirib ki, 19 və 20-ci cədvəllərin ləğv edilməsi nəticəsində məhrum məntəqələr üçün nəzərdə tutulan 420 milyard tümənlik büdcə vəsaiti ləğv edilib və bununla da kiçik yaşayış məntəqələrində bir çox projelər dayandırılıb.

Azərbaycanlı deputat Cənubi Azərbaycan ərazilərinə cüzi vəsaitin ayrılmasına etiraz səsini ucaldıb və nəticəsi də olub. Bu arada Təbriz, Azərşəhr və Üskü əhalisinin parlamentdəki millət vəkili Əlirza Monadi Xalxal millət vəkilinmin istefasından danışıb. O bildirib ki, 17-ci cədvəl büdcə layihəsinə qayıdınca artıq Xalxal millət vəkilinin istefasının səbəbi aradan qalxıb və o öz istefasını geri götürüb.