Azərbaycanlı deputatlar AŞPA-ya gedir

 

71

 

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatRafael Hüseynov AŞPA-nın Monitorinq, Hüquq məsələləri və insan haqları komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 5-dən 8-dək Parisdə səfərdə olacaqlar. 

 

Xalq.az  xəbər verir ki, iclaslarda monitorinq prosesinin təkmilləşdirilməsi, Azərbaycan və Gürcüstanda keçirilmiş prezident seçkilərinin nəticələri, Fransa üzrə monitorinq prosesinin başlanmasına dair təklif, Rusiya və Gürcüstan arasında 2008-ci il müharibəsinin nəticələri, insan orqanları ilə ticarətlə mübarizəyə dair Avropa Şurası Konvensiyasının müzakirəsi, insan haqları sahəsində pozuntulara görə beynəlxalq təşkilatların məsuliyyəti, Avropa İnsan Haqları Məhkəməsinin müstəqilliyinin gücləndirilməsi zərurəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirlərdə deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.