Azərbaycanlı diplomat vəfat etdi

Əfsanəvi sazbənd Usta Xudunun oğlu Arif Mahmudov vəfat edib.

Bu barədə şair, Dünya Gənc Türk Yazarlar Birliyinin Təsisçilər Şurasının başqanı Əkbər Qoşalı məlumat verib.

O, A.Məmmədovun uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyini bildirib:

“Arif müəllim sözə, sənətə vurğun insan idi. O, müharibə veteranı olmaqla yanaşı, diplomat idi – Xarici İşlər Nazirliyində çalışmışdı. Bir müddət idi xəstəxanada müalicə alırdı. Təəssüf ki, onu itirdik”.