Azərbaycanlı fanatından Bülənd Ərsoya 100 minlik hədiyyə

Türkiyənin qalmaqallı müğənnisi və “Diva”sı sayılan Bülənd Ərsoy sosial media fenomeni Selin Ciğərci ilə birlikdə “Bostancı Şou Mərkəzində” ötən axşam konsert proqramı ilə çıxış edib.

XALQ.AZ xəbər verir ki, konsertdə tamaşaçı qismində iştirak edən azərbaycanlı fanatı B.Ərsoya dəyəri 100 min dollarlıq almaz qaşları ilə bəzədilmiş üzük hədiyyə edib. Gördüklərindən xoşhal olan sənətçi dəyərli hədiyyəyə görə pərəstişkarına minnətdarlığını bildirib.

Hər zaman konsertlərində qalmaqallı hadisələr ilə üzləşən Bülənd Ərsoy yenə dilini dinc saxlamayıb:

“Millət 250 bilet sata bilmədiyi halda indi burada iynə atsan, yerə düşməz. Biletli tamaşaçını buraya gətirmək çox çətindir. Hamı həddini biləcək!” – deyə sənətçi vurğulayıb.(oxu.az)