Azərbaycanlı gənc Tehranda 59 yaşlı xəstəni xilas etdi

İranda 34 yaşlı təbrizli gəncin bağışladığı ürək bir nəfərin həyatını xilas edib.

XALQ.AZ xəbər verir ki, beyin ölümü keçirən gəncin ailəsi onun ürəyini ehtiyacı olan xəstəyə bağışlayıb. Ürək dərhal Tehran aparılıb və xəstəxanada ağır vəziyyətdə yatan 59 yaşlı xəstəyə köçürülüb.

Qeyd edə ki, bu cür addımlar Güney Azərbaycanda tez-tez müşahidə edilir.

XALQ.AZ