Azərbaycanlı idmançı Ukraydana 1-ci yer tutdu

 

03

Azərbaycanlı idmançı xanım, Dneprepetrovsk rayonunun yaşayan, Azərbaycanlı Gənclər İttifaqının aktiv iştirakçısı Yekaterina Allahverdiyeva, karate üzrə Ukraynada baş tutan yarışmada iki dəfə birinci yer tutub.

ANS PRESS-ə bu barədə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Elza Bakirova məlumat verib.

Y.Allahverdiyeva Azərbaycanı təmsil edib, karatenin “Kata” və “Kumite” növlərində qalib olub. Ternopol şəhərində Kuşnirik Vitaliyin şərəfinə az yaşlı və gənclər arasında beynəlxalq kekusinkay-karate turniri keçirilib.

Turnir çərçivəsində, Almaniya, Belarus, Rusiya, Ukrayna, Bolqariya və s. ölkələr iştirak ediblər. Turnirin nəticələrinə əsasən, Dneprepetrovsk ən yaxşı nəticə göstərib.