Azərbaycanlı iş adamı 4 milyard itirdi

Martın əvvəlindən bu yana Rusiyanın ən zəngin 5 biznesmeni 15,3 milyard dollar itirib.

XALQ.AZ xəbər verir ki, bu məlumatı “Forbes” jurnalı yayıb. Məlumata görə, ən böyük itkiyə rusiyalı milyarder Vladimir Potanin məruz qalıb. Onun 4,4 milyard dollar itirdiyi vurğulanıb.

Potanindən sonrakı yerdə “Lukoyl”un rəhbəri Vahid Ələkbərov dayanıb. Ələkbərovun sərvəti 3,8 milyard dollar azalıb. Hazırda onun sərvətinin 19,4 milyard dollar təşkil etdiyi bildirilib.