Azərbaycanlı jurnalist Türkiyədə bayrağımızı dalğalandırdı – VİDEO

Azərbaycanın tanınmış jurnalisti Tural Müseyibov Türkiyənin İzmir şəhərində yerləşən “Altın Yunus Çeşme Resort & Thermal Hotel”i tərəfindən Azərbaycan bayrağına olan laqeydliyin aradan qaldırılmasına nail olub.

XALQ.A AFN.AZ -a istinadən xəbər verir ki, bu barədə jurnalist özü bildirib. O qeyd edib ki, otelə gəldikdə binanın qarşısında müxtəlif ölkələrin bayraqları asılmış olsa da, Azərbaycan bayrağı onların arasında olmayıb: “Bu barədə narazılığımı ifadə etdim. Mənə bildirdilə ki, bayrağımız köhnəldiyi üçün götürülüb, yeni bayraq sifariş verilib, asılacaq. İki gün davamlı təkidimdən sonra nəhayət bu gün (1 iyunda-red.) bayrağımızı digər bayraqların yanında dalğalanan gördüm”.

Qeyd edək ki, hotellərin qarşısında müxtəlif ölkələrin bayraqlarının asılması protokol qayda olmasa da, ora səfər edən turistlərə hörmət əlaməti olaraq reallaşdırılır. Bu baxımdan, nəzərə alsaq ki, Türkiyəyə turist axını daha çox olan ölkələrdən biri də Azərbaycandır, bayrağımızın qardaş ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən hotellərin qarşısında dalğalanmağı qürurverici olar.