“Bu təşviqatı ermənilərin çox ucuz muzdlu kimi orduya cəlb olunmasına hesablanıb” – Deputat

“Ermənistan baş nazirinin arvadı Anna Akopyan işğal altındakı Azərbaycan torpaqlarında hərbi hazırlıq üzrə “bir həftəlik” kurs keçib.
Bu nə qədər ermənilər adına qürurlu görünsə də, əslində prosesin çox ciddi sosial və siyasi səbəbləri var”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

B.Məhərrəmovun sözlərinə görə, A.Akopyanın da “təlim” adı altında fotolarla tirajlanan 1 həftəlik istirahəti məhz qadınların orduya təşviqinə hesablanıb.

“Prosesin Qarabağda baş tutmasına gəlincə, bilirsiz ki, son dövrlər beynəlxalq hüquqa zidd olaraq əraziyə başqa ölkələrdən ermənilər köçürülməkdədir. Akopyanın bu təşviqatı gətirilən ermənilərin çox ucuz muzdlu kimi orduya cəlb olunmasına hesablanıb. Bu qədər sadə. Ortada qəhrəmanlıq, təntənə axtarmağa, ucuz şou düzəltməyə və bu şounun iştirakçısı olmağa dəyməz”.

Deputat erməni qadınlarının missiyası barədə də danışıb:

“Heç bir təhqirə yol vermədən deyim ki, son iki əsrdə erməni qadının missiyası barədə çox yazılıb, çox danışılıb, xanım Akopyan da, Paşinyan da yaxşı bilir ki, erməni qadınının “tarixi missiyası” heç vaxt səngərdə döyüşmək olmayıb. Bunu biz demirik, böyük yazıçılar, tarixçilər yazır ki, erməni kişisi öz məqsəd və maraqları üçün qadınını hər cür çirkin əmələ sövq edib, onların tarixdə rolu bu olub. (məsələn, İtalyan psixiatr alim Çezare Lombrozo “Cinayətkar və fahişə qadınlar”, fransız tarixçisi Pyer Düfur “Fahişəliyin tarixi”, erməni tarixçi Georq Qoyan “Erməni teatrının 2000 yaşı. Cild 1: Qədim Ermənistanın teatrı”, Ukrayna dövlət xadimi V.L.Veliçkonun «Кавказ. Русское дело и междуплеменные вопросы» və s. )
Dərindən yanaşanda, prinsipcə bu gün də tarixin təkrar etdiyini, eyni proseslərin getdiyini görürük -erməni “kişisi” yenə qadını önə buraxıb. Ona görə azərbaycanlıları səngərdəki yox, evlərinə, şəxsi həyatlarına istər erməni, istər başqa millət adıyla yol tapa biləcək “harsınlar” narahat etməlidir.