Azərbaycanlı məmur OPEL şirkətini aldı

Opel

Adı açıqlanmayan şəxsin bu məqsədlə 7 milyard avro xərclədiyi deyilir 

Azərbaycandan olan məmurlardan biri dünyanın ən məşhur avtomobil şirkətlərindən biri sayılan OPEL-in səhmlərinin bir qismini alıb.

Xalq.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Həmin məlumatda deyilir ki, həmin şəxs bu məqsədlə səhmlərə 7 milyard avro xərcləyib. Məsələ ilə bağlı uzunmüddətli danışıqlara isə Lodonda nöqtə qoyulub. Azərbaycanlı məmurun kimliyi isə açıqlanmır. Hətta müqavilədə də bununla bağlı xüsusi bənd yer alıb və orada vurğulanıb ki, yeni səhmdarın adı gizli saxlanılacaq.

Alman mətbuatının iddiasına görə, OPEL-ə 7 milyard avro pul xərcləmiş azərbaycanlı məmur həmçinin bəzi imkanlar da əldə edib. Belə ki, o, 2015-ci ildən etibarən OPEL-in Asiya ölkələri üzrə distribyüterliyini də qazanıb. Bu isə o deməkdir ki, Asiya dövlətlərində satılan hər bir OPEL avtomobilindən həmin səhmdara 20 faizə qədər gəlir gələcək. Eyni zamanda, patent hüququ onun əlində olacaq.