Azərbaycanlı məmur qızından moda nümayişi – FOTO

Gunel-1

İngiltərədə azərbaycanlı modelyer Günel Rüstəmovanın moda nümayişi keçirilib.
Axşam.az-ın məlumatına görə, ötən gün Londonda başlanan “Fashion week” çərçivəsində baş tutan ilk şoulardan biri məhz Günelin olub. Bir-birindən fərqli kolleksiyalar təqdim edən modelyerin geyimləri bəyənilib.

Dünyaca məşhur model Koko Roşa G.Rüstəmovanın dəfiləsində səhnəyə çıxıb.

Qeyd edək ki, Günel Rüstəmova Londonda “Central Saint Martins” universitetinin dəb fakültəsini yüksək dərəcəli diplomla bitirib. O həm də rəssam kimi fəaliyyət göstərir.

Günel Rüstəmova Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızıdır.

Gunel-2

 

Gunel-4 

Gunel-3