Azərbaycanlı milyarder 6-cı dəfə ata oldu – FOTO

Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov 6-cı dəfə ata olub.

XALQ.AZ xəbər verir ki, bu barədə 64 yaşlı iş adamının şəxsi “facebook” səhifəsində məlumat verilib. O yeni doğulan oğlunun adının Adəm olduğunu qeyd edib.

Qeyd edək ki, Fərhad Əhmədovun keçmiş həyat yoldaşı Tatyana Əhmədova ilə nikahından 2 oğlu, Anna Əhmədovadan isə bir oğlu, iki qızı var.

XALQ.AZ