Azərbaycanlı milyonçunun obyekti yandı

Moskvanın cənub-şərqində yerləşən “Sadovod” bazarında yanğın baş verib.

XALQ.AZ məlumaat verir ki,  bu barədə Rusiya mətbuatında xəbər yayılıb. Agentlik yanğının 300 kvadrat metri əhatə etdiyini bildirib. Bazar ərazisindən 40 nəfər evakuasiya edilib. Yanğının qarşısı səhər saatlarında alınıb.

Qeyd edək ki, bu bazar əslən azərbaycanlı olan iş adamları İlham Rəhimov, Qod Nisanov və Zaxar İliyevə məxsusdur.