Müğənni Günel Ələkbərova üzündə plastik əməliyyat etdirib.
Axşam.az-ın məlumatına görə, üzü sarıqlı fotosunu sosial şəbəkədə paylaşan sənətçi müxbirimizlə söhbətində səhhətinin yaxşı olduğunu deyib.
Danışmaqda çətinlik çəkən Günel yaxın günlərdə yeni imici ilə efirlərə qayıdacaq:
“Hazırda özümü yaxşı hiss edirəm. Bu yaxınlarda hamı məndəki dəyişikliyi görəcək”.
Qeyd edək ki, müğənni dodaqlarından əməliyyat olunub.