Azərbaycanlı müğənni çəkilişdə soyunacaq

 

18

Gənc müğənni Afaq Aslan ünlü türk şirkətlərdən birinin siması olmaq təklifini alıb. Ona 150 min manatın müqabilində soyunmaq təklif olunub. Müğənni buna razılaşıbmı? Publika.Az-a bu barədə danışan Afaq ona eşq elan edən sponsorlardan görün nələr danışdı:

 

– Eşitdik Türkiyədə məşhur şirkətlərdən birinin siması olmaq təklifini almısan?

  • Bəli, Türkiyədə alt geyimlərinin istehsalı ilə məşğul olan məşhur bir şirkətdən dəvət almışam. Hətta məni ora dəvət etdilər, bədən ölçülərim standartlara uyğun olduğunu dedilər. Amma mən hələ ki, qəti qərarımı verməmişəm.

 

– Niyə? Yəqin ki, bunun müqabilində yüksək qonorar da təklif ediblər?

  • İki saatlıq çəkilişim olmalıdır. Şərtə görə mən həmin alt geyimlərində fotolarımı çəkdirməliyəm. Azərbaycanda bunun necə qarşılanacağından ehtiyatlanıram. Qonorara gəlincə, əvvəlcə 150 min manat təklif olundu. Mənim qərarsız olduğumu görüncə məbləği artıracaqlarını dedilər. Yaxın günlərdə o şirkətin nümayəndələri Bakıya gələcəklər. Yekun qərarı onda verəcəyəm. Ola bilsin, təklifi dəyərləndirdim. Onu da deyim ki, mənə həmişəlik Türkiyədə qalıb çalışmağım da təklif olunub. Qərar vermək çox çətindir.

 

– Afaq şou-biznesdə qabağa getmək üçün pulun da olmalıdır. Heç sponsorlardan təklif alırsanmı?

  • Təkliflər çox olur, ad çəkmək istəmirəm, məşhur iş adamları var ki, mənə sponsorluq etmək istəyirlər. Amma hamısı da təmənnalıdır. Mütləq onların sevgilisi olmalıyam. Azərbaycanda hansısa kişinin yatağından keçməsən, sənə sponsorluq etmirlər. Hər xanım da bunu qəbul etmir. Eləcə də mən.

 

– Seriallara dəvət almırsan ki?

  • Həm Türkiyədə, həm də Azərbaycanda seriallara dəvətlər alıram. Amma hələ ki, özümü aktrisa kimi görə bilmirəm.

 

– Çəkilsəydin, hansı bir aktyorla tərəf müqabili olmaq istərdin?

  • Azərbaycanda elə bir aktyor yoxdur ki, onunla tərəf müqabili olmaq istəyim. Gənclər arasında istedadlı aktyor görmürəm. Amma Türkiyəyə gəlincə, Kvanc Tatlıtuğa yox deməzdim. Mən həmişə arzulamışam Min bir gecə serialında Bərgüzar Korelin oynadığı Şəhrəzad rolunda oynayım. Həmişə o rolda özümü görürəm.

 

– Orda da açıq-saçıq səhnələr var ha?

  • Bilirəm, amma heç nəyə baxmadan o rolu yaradardım. Elə açıq-saçıq səhnələrə də çəkilərdim. Bir söz deyim ki, Azərbaycanda açıq-saçıq səhnələr həmişə pis qarşılanıb. Amma erotikanın özü də bir estetikadır. Mən sizin portala müsahibə verəndən sonra xeyli zənglər gəldi mənə. Demişdim ki, məni sevən insan qısqanclıqdan yazmışdı ki, səni güllələyərəm. Hər kəs buna görə narahat olmuşdu. Elə klipimdə olan erotik görüntülərə görə də xeyli qınaq atəşinə tutuldum. Demək istəyirəm ki, əgər Türkiyədə alt paltarları şirkətinin siması üçün fotolar çəkdirsəm, elə doğrudan məni güllələyərlər. (gülür)

 

– Yaxınlarda yeni klipin çəkiləcək. Türkiyədə, yoxsa, burada çəkdirəcəksən?

  • “Sənə görə” adlı mahnıya klip çəkdirməyə hazırlaşırıq. Azərbaycanda elə gözəl rejissorlarımız var ki, niyə onları qoyub Türkiyədə klip çəkdirim? Əvvəllər peşəkarlıq o səviyyədə deyildi, amma indi yaxşı klipmeykerlərimiz var. Rəngarənglik baxımından digər ölkələrdə kliplər çəkdirmək olar. Nə vaxtsa mən də çəkdirərəm.

11 12 14 16 17