Azərbaycanlı müğənni villa tikdirir – FOTO

Müğənni Xuraman Şuşalı villa tikdirir.

XALQ.AZ xəbər verir ki,  bu haqda Axşam.az-a açıqlamasında sənətçi özü deyib. O bildirib ki, illərdir bağ evi almağı arzulayır:

“Amma hələ də ala bilməmişəm. Əvəzində isə böyük ev tikdirirəm. Yoldaşımla qazandığımızı o evə qoyuruq. Ev o qədər böyükdür ki, yarımçıq qalıb”.

Xuraman yay istirahətindən danışıb. İfaçı Maldivə istirahətə getmək istədiyini, amma arzusunun ürəyində qaldığını bildirb:

“Yaxşı dincəldim. İndi də Nabrandayam. Bu ay 1 həftəlik Maldivə getmək istəyirdim. Bir ailəmlə, bir də qızlarla plan qurdum. Amma fikirləşdim ki, ailəmlə uzaq yola çıxmayım. Natavan Həbibiyə dedim, yazdı işlərim çoxdur. Beləcə arzum qaldı.

Sentyabrın 15-nə kimi bölgələrdə dincələcəm. gedib toyu oxuyub, gətirib pulu dincəlməyə xərcləyirəm. İnsan özünə də vaxt ayırmalıdır”.
Müğənni xına biznesini böyütdüyünü söyləyib:

“Bakı kəndlərində və qız toylarında çox oluram. Təkcə xına yox, indi dekor işinə də girmişəm. Toylarda dekor edirəm, açılışları da götürmüşəm. Artıq biznesim böyüyüb. Deyinmirəm, işlərim var. Ayda 10-15 işim olanda bəsimdir. Avqustun 16-dan başlayaraq çoxlu işlərimiz olacaq”.

Картинки по запросу xuraman susali

 

 

 

Orxan