Azərbaycanlı musiqiçi “Piano Festivalı”nın açılışını edəcək

Azize

Türkiyənin paytaxtı Ankarada “Piano Festivalı” keçiriləcək.

XALQ.AZ-ın xəbərinə görə, festivalın açılışında azərbaycanlı caz ifaçısı və pianoçu Əzizə Mustafazadənin konserti olacaq.

Məlumata görə, Əzizə Mustafazadə konsertdə Piano ilə yanaşı öz səsi ilə də ifa edəcək.

Konsertdə tanınmış caz ustasının Aşıq Veysələ aid “Uzun incə bir yoldayam” əsərini də ifa etməsi gözlənilir.

Festivalın başlanğıc konserti sentyabrın 30-da baş tutacaq.