Azərbaycanlı qadının Türkiyədə meyiti tapıldı

 

55

Türkiyə Balıkesir vilayətinin Erdek rayonunda azərbaycanlı qadının meyiti aşkarlanıb. Yerli mətbuatın xəbərinə görə, Azərbaycan əslli 49 yaşlı Səidə Eyvazovanın cəsədi rayon ərazisindəki zeytun bağlarından birində tapılıb. Məlumata görə, cəsədin üzərində çox sayda kəsici alətlə vurulmuş xəsarət izləri var.

Eyvazovanın cəsədi Bursa şəhəri məhkəmə tibbi ekspertizasının morquna göndərilib. Ölümün dəqiq səbəbləri ekspertizanın yekun rəyindən sonra məlum olacaq.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.