Azərbaycanlı qızla ailə quran amerikalı oğlan “Muleyli” oynadı

Azərbaycanlı xanımla amerikalı bəyin toyundan paylaşılan görüntülər sosial şəbəkədə böyük marağa səbəb olub.
XALQ.AZ xəbər verir ki, videonu Amerikada yaşayan bloger Elman Kərimov özünün “Bizimlə kəşf et” səhifəsində paylaşıb.

Videoda amerikalı bəyin və qohumlarının Azərbaycan musiqisinin sədaları altında rəqs etməsi izləyicilər tərəfindən maraqla qarşılanıb.

O, gəlinlə bəyin kimliyi barədə məlumat verməsə də, bu izdivacın sevgi üzərində qurulduğunu qeyd edib.
Bloger videoya bu şərhi verib: “ABŞ da azərbaycanlı-amerikan toyu. Sevgi elə böyük qüvvədir ki, amerikalılara “Muleyli” oynadır”.

 

Yeganə