Azərbaycanlı yazarın kitabı “1000 ən populyar kitab” arasında (FOTO)

K-1

Varisin “Son məktub” romanı “1000 ən populyar kitab” reytinqində 180-ci pillədə qərarlaşıb.

XALQ.AZ-ın məlumatına görə, cəmi ay yarım öncə çıxmasına baxmayaraq Azərbaycan yazıçısı Varisin İstanbulda IQ Kültür Sanat Yayınçılıq Yayın Evində işıq üzü görən «Son Mektup» kitabı Türkiyənin nüfuzlu 1000 Kitap.com portalındakı «Ən populyar 1000 kitab» reytinqinə daxil olub və sürətlə irəliləyərək artıq ilk 200-liyə düşüb.

May ayının 14-ü “Son mektup” artıq 180-ci pillədə qərarlaşmağa müvəffəq olub. Xarici romanlardan Fyodor Dostoyevskinin «Cinayət və cəza», Xalid Hüseyninin «Çərpələng uçuran», Paolo Koelyonun «Kimyagər» kimi, Türkiyə romanlarından isə Elif Şafakın «Aşk», Kahraman Tazeoğlunun «Bukre», Reşat Nuri Güntekinin «Çalıquşu» kimi romanlarının öndə getdiyi reytinqdə Türkiyə kitab bazarında dövriyyədə olan 60 000 adda yerli və xarici müasir, habelə klassik yazarların ən çox bəyənilən romanları yer alıb.

Azərbaycanlı yazarın kitabı ən yeni çıxan (2014-cü ilin mart ayı) kitab olaraq reytinqdə ən böyük irəliləyişi ilə diqqət çəkir.

Xatırladaq ki, «1000 ən populyar kitab» reytinqi adıçəkilən ədəbiyyat portalında «Ən çox oxunan kitablar» və «Ən yaxşı kitablar» reytinqləri ilə yanaşı, çoxminli ədəbiyyat həvəskarlarının rəyləri əsasında formalaşır.

Top 1000-ə daxil olan bəzi romanların mövqelərini və əmsallarını nəzərinizə çatdırırıq:

  1. «Aşk». Elif Şafak 7879
  2. «Bukre». Kahraman Tazeoğlu 7774
  3. «Olasılıksız». Adam Faver 6936
  4. «Cinayət və cəza». Fyodor Dostoyevski 5920
  5. «Çərpələng uçuran». Xalid Hüseyni 5801
  6. «Səfillər». Viktor Hüqo 5490
  7. «Səndən öncə mən». Jojo Moyes 4557
  8. «Üreyim seni çok sevdi». Canan Tan 4283
  9. «Min möhtəşəm yüzil». Xalid Hüseyni 4003
  10. «Şəkər portağalı». Joze M.De Vaskoncelos 3621

180 «Son məktub». Varis 450
187. «Yabançı». Albert Kamyu 427
200. «Yüz ilin tənhalığı». Qabriel Markes 411
205. «Qırmızı və qara». Stendal 404
275. «Köylülər». Onore de Balzak 329
306. «Mənim adım qırmızı». Orxan Pamuk 305
312. «Əsrə bərabər gün». Çingiz Aytmatov 301
391. «Cen Eyr». Şarlotta Bronte 249
398. «Don Kixot». M.Servantes 246
421. «Harri Potter və Azkaban dustağı». J.K.Roulinq 237
436. «Gənc Verterin iztirabları». İohann Höte 233
447. «Dodaqdan qəlbə». R.N.Güntekin 227
458. «Ölü canlar». Nikolay Qoqol 221
475. «Şerlok Holms və Doktor Vatson». Artur Konan Doyl

K-2

K-1