Azərbaycanlı zəvvar qrupları müqəddəs torpaqlara çatıb

20

Sonuncu zəvvar qrupu Həcc ziyarətinə yola salınıb. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə səhər saat 8-də yola düşən zəvvar qrupu Ciddə şəhərinə çatıb və hazırda Həcc ziyarətlərini yerinə yetirirlər.

Qeyd edək ki, Azərbaycanda bu il də Həcc ziyarəti Suriyada baş verən hadisələrlə əlaqədar ancaq təyyarə ilə həyata keçirilir.

Bununla əlaqədar zəvvarlar 80 qrupa bölünüb və hər qrupda 45-55 nəfərdir. Ümumilikdə bu il Azərbaycandan təxminən 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub.