Azərbaycanlıların sevimli müğənnisi təcili xəstəxanaya yerləşdirildi-H1N1 virusu aşkarlanıb

Tanınmış türkiyəli müğənni Orxan Gəncəbayın həyat yoldaşı Sevim Emre ərinin H1N1 virusunun səbəb olduğu donuz qripinə yoluxduğunu açıqlayıb.

Sevim Emre Orxan Gəncəbayın ötən həftə xəstəxanada müalicə aldığını qeyd edib.

Image result for orxan gəncəbay

Özəli bir xəstəxanada 1 həftə boyunca müalicə alan cütlük artıq evə buraxılıb. Orxan Gəncəbay xəstəxana çıxışındakı açqılamasında xəstəlyinin çox önəmli olmadığını bildirərək “Bizim xəstələnməyimiz vacib deyil, Allahın köməkliyi ilə öhdəsindən gələrik. Əsas sevənlərimizə heç nə olmasın. Çox şükür, yaxşıyam. Təşəkkür edirəm” deyib.

Sevim Emre isə tam olaraq sağalmadığını, müalicəsinin evdə davam etdiyini və hal-əhval soruşanlara təşəkkür etdiyini bildirib.