Azərbaycanlılarla ermənilər arasında davaya görə daha 9 nəfər saxlanıldı

Moskvada ötən gündən azərbaycanlılarla ermənilər arasında başlayan kütləvi toqquşmalarla bağlı həbslər davam edir. 

XALQ.AZ xəbər verir ki, bu gün ərzində daha 9 dava iştirakçısı saxlanılıb.


“Qanunsuz hərəkətlərə yol verən daha 9 nəfər saxlanılıb. Onlar barəsində “xuliqanlıq” maddəsi ilə iş açılıb”,-deyə xəbərdə bildirilir.

Rusiya polisi Moksvada son 2 gün ərzində baş verən toqquşmalarda iştirak edən bütün şəxslərin tutulub məsuliyyətə cəlb olunacağını elan edib.