Azərbaycanlının əməli Rusiyanı bir-birinə qatdı (FOTO)

S-1

Rusiyada azərbaycanlı gənc Xantı-Mansiysk Muxtar Vilayətinin Yuqra şəhərində ağır cinayət hadisəsi törədib.

XALQ.AZ-ın məlumatına görə, Maarif Məmmədov adlı 19 yaşlı azərbaycanlı özündən 4 yaş böyük 23 yaşlı Yuliya Paxteyevanı qətlə yetirib. Anası ilə evə qayıdan Yuliyanı izləyərən Maarif Məmmədov imkan tapan kimi ona hücum edərək gənc qadına bir neçə bıçaq zərbəsi endirib.

Qatilin dalbadal bıçaq zərbələri ilə ağır yaralanan qız anasının gözləri qarşısında ölüb. Bu dəhşətli qətl bütün Xantı-Manskiskidə rezonansa səbəb olub. Mətbuatda da geniş səs-küyə səbəb olan hadisə etnik miqrantların hədəfə çevrilməsinə gətirib çıxarıb. İnsanlar bu cür hadisələrin baş verməsində yerli hakimiyyət orqanlarını günahkar biliblər.

Hadisənin böyük rezonansa səbəb olması yerli hakimiyyət orqanlarını da hərəkətə keçirib.

Belə ki, Xantı-Mansiysk qubernatoru, vilayətin İstintaq İdarəsi qətllə bağlı işi bilavasitə nəzarətə götürüblər.

S-3

S-2