“Azərenerji” koronavirusla mübarizə üçün 1 milyon ianə verdi

“Azərenerji” ASC koronavirus (COVID-19) xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulub.

XALQ.AZ xəbər verir ki, “Azərenerji” ASC-nin əmək haqqı və qənaət olunmuş maliyyə imkanları hesabına 1 milyon manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.