Azərin evindən oğurluq edənlər saxlanıldı

Aparıcı Azər Zahidin (İsmayılov) bağ evində oğurluq hadisəsi törədənlər saxlanılıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki,  Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunanlar – 1978-ci il təvəllüdlü Y.Yusifov və 1969-cu il təvəllüdlü R.Əliyev müəyyən olunaraq saxlanılıb, maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilib.

Faktla bağlı şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir.