“Azərisığorta” texniki baxış da həyata keçirir

Sgorta

Sığorta şirkəti 40 manat müqabilində müvafiq sənədi avtomobili DYP-yə aparmadan sənədi qapıda gətirib verir

Azərbaycanda aparıcı sığorta şirkətlərinin qəribə funksiyaları da varmış. TİA.AZ-a daxil olan məlumata görə, “Azərisığorta” şirkətinin həyata keçirdiyi işlər sırasına isə DYP-nin səlahiyyətində olan məsələ də var.

XALQ. AZ  xəbər verir ki, sözügedən sığorta şirkəti hal hazırda avtomobillərin sığortası ilə yanaşı, onların texniki baxışdan keçməsinə də bilavasitə köməklik göstərir. Daha doğrusu, “Azərisığorta” avtomobili texniki baxışa aparmadan texniki baxış haqqında sənədi sürücünün ayağına gətirir. Bunun üçün tələb olunan isə maşının sənədləri və 40 manat pul lazımdır. Verilən məlumatda deyilir ki, eyni zamanda 45 manat da sığortapulu istənilir.

Qeyd edək ki, texniki baxış birbaşa DYP-nin səlahiyyətində olan məsələdir. Hər bir avtomobil DYP-nin nəzərdə tutulan bölməsinə aparılmalı və orada yoxlanılmalıdır. Bundan sonra lazım olan sənədlər verilə bilər. “Azərsığort”a isə sözügedən qurmun səlahiyyətlərini də mənimsəyərək, pul qazanmağın yolunu tapıb.

“Azərsığorta” şirkətinin Mübariz adlı əməkdaşı TİA.AZ-a verdiyi açıqlamasında isə qəribə iddia səsləndirib: “Yekə kişisiz, bu nədi yazmısız? Bilirsiz, DYP buna görə, sizin başınıza hansı oyun açar? Sizi məhkəməyə verər. Biz sizi məhkəməyə vermirik. Amma bu yazılanlar yalandır. Gəlin, sizə 100 manat verim gedin texniki baxışdan keçin. Görüm, keçə bilərsiz?”