“Azərişıq”da kadr dəyişiklikləri baş verib

“Azərişıq” ASC-nin bir sıra idarə rəislərinin yerləri dəyişdirilib.

XALQ.AZ xəbər verir ki, qurumun sədri Vüqar Əhmədovun əmri ilə “Şirvan” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Arif Məmmədov, “Cənub” RETSİ-nin rəisi Mehman Mehdiyev və Qaradağ Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Zülfü Ağayev tutduğu vəzifədən azad edilib.

Z.Ağayev “Şirvan” RETSİ-yə, A.Məmmədov “Cənub” RETSİ-yə M.Mehdiyev isə Qaradağ RETSİ-yə rəis təyin edilib. 

“Azərişığ”ın Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu “Report”a açıqlamasında xəbəri təsdiqləyib.