“Azərişıq”da kadr dəyişiklikləri olub

XALQ.AZ xəbər verir ki,  “Azərişıq” ASC-də kadr dəyişiklikləri baş verib.
Qurumun Xırdalan Elektrik Şəbəkəsinin rəisi Neymət Qasımovtutduğu vəzifədən azad edilib.
N.Qasımovun yerinə Maştağa Elektrik şəbəkəsinin rəisi Şahin Qədimov təyin edilib. Məlumata görə, N.Qasımov vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün işdən kənarlaşdırılıb.
Bundan əlavə, “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) rəisi Əbülfət Paşayev də vəzifəsindən azad edilərək qurumun Tədris Mərkəzinə gətirilib.
Ə.Paşayevin yerinə isə Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Mehman Mehdiyev təyin edilib.
“Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Report”a hər iki təyinatı təsdiq edib.
Orxan