“Azərsu” əməkdaşı keçmiş nazirdən rüşvət tələb etdi

Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarovdan “Azərsu” əməkdaşı rüşvət tələb etdi.

XALQ.AZ məlumat verir ki, keçmiş nazirdən Mərdəkan qəsəbəsində yerləşən bağ evinə su xətti çəkdirmək üçün 1200 manat pul tələb ediblər. Tofiq Zülfüqarov şəxsi facebook səhifəsində qeyd edib ki, yaşadığı küçədə hər kəsin evi üçün bu əməliyyatı ediblər kimdənsə 2000 manat diğərində 350 manat alıb su xətti çəkilib.

” Hər kəsə görünüşünə görə qiymət verirlər, bilmirəm gülüm yoxsa…” deyə şəxsi facebook səhifəsində qeyd etmişdir. Əməkdaşımız Xəzər rayon sukanal idarəsi ilə əlaqə saxlayıb məsələ ilə bağlı  münasibət öyrənmək istəsədə dispetçer İbrahim Həsənov bildirmişdir ki, rəis Mübariz Nəsirov işdə olmadığına görə  heç bir məlumat verə bilməz.

Похожее изображение

“Azərsu” ASC-nin mətbuat xidməti Anar Cəbrayıllı isə telefon zənglərimizə cavab vermədi və Azərsu ASC -nin 955 qaynar xətt davamlı məşgul olduğu üçün məlumat almaq mümkün olmayıb.Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

Картинки по запросу Azərsu qorxmaz

Qeyd edək ki,Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamış və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5,78 milyon manat ayrılıb. Lakin bu günə qədər Xəzər rayon sakinləri evlərinə su gəlməmsi ilə bağlı  əziyyət çəkirlər və mənşəyi məlum olmayan su maşınlarından istifadə üçün su alırlar.