“Azərsu”nun 46 milyonluq uğursuz lahiyəsi

azersu

 

3 gündür susuz qalan Bakı sakinləri “Azərsu”nun qarşısında aksiya keçirəcək 

 

Bakının əksər mərkəzi rayonları və əsas prospektləri neçə gündür susuz qalıb “Azərsu”nun rəsmisi isə  şəhərin mərkəzinin susuz qalması su xətlərində baş vermiş böyük qəza ilə bağlıdır: “Hazırda təmir işləri gedir, yaxın saatlarda mənzillərə su veriləcək”. Amma “Azərsu” rəsmisi suyun konkret nə vaxt veriləcəyini bildirmir. Xalq.az su problemi ilə bağlı kiçik araşdırma aparıb, baş vermiş qəza Kür Su Təmizləyici Qurğular Kompleksində baş verib. Baş vermiş qəza böyük olduğu vurğulanır, lakin heç bir açıqlama verilmir qəzanın nə qədər böyük olduğunu. Belə ki, Azərsu 46 551 822 manat Hacıqabul rayonunda yerləşən Kür Su Təmizləyici Qurğular Kompleksinə sərf edib. İçraçı “Azərsutəchizattikinti ASC və T.T.Ş. İnşaat MMC konsorsiumu olub. Bəs sual olunur bu qədər vəsaitə ərsəyə gələn su xəttində niyə problem yaransın?. Görünür ki, su xəttində yaranan problem vəsaitin azlığından olub və yararsız borulardan istifadə olunub. 

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq.