“Azərsu” ASC Bakıya kərbəla zülmünü tətbiq edir

58

Bir həftə susuz qalan Bakı sakinləri  imdad diləyirlər

  

Bakının əksər mərkəzi rayonları və əsas prospektləri neçə gündür susuz qalması barədə məlumat vermişik. “Azərsu”nun rəsmisi isə  şəhərin mərkəzinin susuz qalması su xətlərində baş vermiş böyük qəza ilə bağlıdır: “Hazırda təmir işləri gedir, yaxın saatlarda mənzillərə su veriləcək”. Amma “Azərsu” rəsmisi suyun konkret nə vaxt veriləcəyini bildirmir. Bü gün Xəzər rayonu susuz qalan rayonlar sırasına daxil oldu

Belə ki, bir neçə gündür yaranmış problem artıq öz bəhrəsini verməkdə davam edir. Xəzər rayon sukanal idarəsi ilə əlaqə saxladıqda Prezidentin yolunun üstündə olan qazon ərazisində 4 metrlik dərinlikdə qəza baş verib lakin təmir işlərinə başlanılmayıb,  Idarə ilə əlaqə saxladıqda  sərt şəkildə cavablandıran Elman adlı şəxs bu sözləri bildirdi,növbətçi isə sərt çəkildə cavab verərək dəstəyi asdı. Su nə vaxt veriləcəyidə məlum deyil. Görünür Xəzər rayonu sukanal idarəsinin rəisi su biznesi zəifləyib, mənşəyi məlum olmayan su satışı maşınları 30-40 manata su almaq üçün növbələr yaranıb.Azərsu əhaliyə kərbalə müsibətini tətbiq edir.

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq