«Azərsu»-nun Şamaxı əməliyyatı

 

66

 

Rayon camaatı isə içməli suyu pulla alır, ASC-nin yerli İcra Hakimiyyəti ilə birlikdə milyonları sildiyi iddiası var

Azərbaycanın dağlıq rayonlarından biri olan, habelə ölkənin aparıcı turizm məntəqələrindən biri sayılan Şamaxıda biabırçı vəziyyət yaranıb. Rayon sakinlərinə xəbər verir ki, hal hazırda dörd bir yanı bulaqlarla əhatələnmiş Şamaxı əhli içməli suyu pulla alır. Özü də hər maşını üçün 20 manat xərcləməklə.

Əslən Şamaxıdan olan jurnalist Laçın Məmişov da bu barədə deyilənləri təsdiq edib. O bildirib ki, rayonun içməli suya olan təlabatını ödəmək məqsədi ilə «2008-2013-cü illər Dövlət Proqramı» çərçivəsində işlər həyata keçirilməli idi. Lakin «Azərsu» ASXC, «Alıbəyli» şirkəti və Şamaxı rayon İcra Hakimiyyətinin bu məqsədlə ayrılmış vəsaiti mənimsədiyi iddia edilir.

Laçın Məmişpv onu da bildirib ki, Şamaxıdakı hər bir ev ayda 3 dəfə içməli su alır. Bu isə bir ailənin təkcə suya 60 manat xərcləməsi deməkdir. «Rayonda yaşayanlar ya kiçik dövlət işçiləri, ya da pensiyaçıdırlar. Aldıqları da 100-200 manat maaş və ya pensiyadır. Bu pulun da ayda 60 manatını suya verdikdə, yerdə qalanla bir ay dolanmaq mümkün deyil. Rayonun İcra Hakimiyyəti isə yaranmış vəziyyətdən qəti narahat deyil. Heç problemi həll etmək fikrində olana da oxşamır».jam.az