“Azərsu” rəhbəri Milli Məclisə çağırıldı

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi parlamentdə dinləmə keçirir.

XALQ.AZ xəbər verir ki, dinləmə ölkədə yaranmış su problemlərinin həll edilməsi istiqamətdə aparılır.

Dinləmədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və komitə üzvləri, eləcə də “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və müavini iştirak edir.