Az yaşlı qız növbə gözləyərkən hamilə qalıb

Hamile

Türkiyədə 2 il əvvəl 5 nəfərin təcavüzünə məruz qalan, bu barədə məhkəmə prosesi davam edərkən məhkəmə tibbi ekspertizasına göndərilən və müayinə gününü gözləyən 15 yaşlı E.T. daha 4 nəfərlə cinsi əlaqədə olaraq hamilə qaldı.

Məlumata görə, E.T. hələ 13 yaşında ikən ailəsi qızlarının təcavüzə məruz qalması şikayəti ilə hüquq mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında 5 nəfər saxlanılıb və onlardan 3-ü barədə həbs-qətimkan tədbiri seçilib.

Zərərçəkmiş isə ruhi və fiziki sağlamlığının yerində olub-olmamasının yoxlanması üçün məhkəmə tibbi ekspertizasına göndərilib. Burda müayinə gününü gözləyən E.T. daha 4 nəfərlə cinsi münasibətdə olub.

15 yaşlı qızın hamilə qalması ilə ortaya çıxan hadisədən sonra iki proses birləşdirilib və 9 nəfər barəsində “azyaşlının cinsi istismarı”, “şantaj”, “şəxsi, azadlıqdan məhrum etmək” ittihamları ilə məhkəmə iddiası qaldırılıb.

E.T. ifadəsində uşağının atası olduğunu iddia etdiyi şəxslə istəyərək cinsi münasibətdə olduğunu deyib.

Məhkəmə isə şübhəlilərin vəkillərinin müttəhimlər barədə müdafiə hazırlaması üçün təxirə salınıb.