Azad Rəhimov qəbul keçirəcək

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov fevralın 8-də Şirvanda vətəndaşları qəbul edəcək.

XALQ.AZ xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Şirvan Gənclər evində (Şirvan şəhəri, Naxçıvan küçəsi 1B) başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Şirvan (055 333-40-04), Hacıqabul (055 257-47-90), Neftçala (050 320-42-42), Saatlı (055 211-56-50), Sabirabad (050 206-86-77), Salyan (055 200-66-65) şəhər və rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

 

Orxan