Azad Rəhimov Nigarı təbrik etdi

Gənclər və İdman naziri Azad Rəhimov bu gün keçirilən “İri miqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı tədbirdə 29 saylı Səbail seçki dairəsindən deputat seçilmiş Nigar Arpadaraini təbrik edib. 

XALQ.AZ xəbər verir ki, nazir çıxışında bildirib ki, seçkinin yekun nəticələri hələ açıqlanmayıb: “Ancaq sizi təbrik edirəm. Ümid edirəm ki, idman yarışlarında olduğu kimi, millət vəkili olaraq da aktiv olacaqsınız. Bu təcrübədən orda da yararlanacaqsınız”.