Azad Rəhimov ordenlə təltif edilib

Gənclər və idman naziri Azad Rəhimov ordenlə təltif edilib.

XALQ.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasında gənclərlə iş və idman sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Rəhimov Azad Arif oğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Həmçinin, gənclər və idman nazirinin müavinləri Babayev İntiqam Vaqif oğlu ilə İsmayılov İsmayıl Sultan oğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.
Orxan