Azad Rəhimov qəbul keçirəcək

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov sentyabrın 20-də Abşeron rayonundan olan sakinləri qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbul saat 11:00-da Abşeron rayonunun Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev parkının ərazisi) başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Abşeron rayon gənclər və idman idarəsi (050 397-12-00, 055-511-25-04) ilə əlaqə saxlamalıdırlar.