Azad Rəhimov qəbul keçirib

Gənclər və idman naziri Azad Rəhimov Biləsuvar rayonunda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.

XALQ.AZ xəbər verir ki, qəbulda 19 vətəndaş iştirak edib.

Müraciətlər gənclər və idman sahələri, “Gənclər evi”nin fəaliyyəti, Olimpiya İdman Komplekslərinin, eyni zamanda, digər idman qurğularının tikintisi və təmiri, idman avadanlığının verilməsi ilə bağlı olub.

Bunula yanaşı, vətəndaşlar şəxsi məsələ, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi ilə bağlı da müraciət ediblər.

Müraciətlərin bir qismi yerindəcə həll edilib, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilmiş, bir qismi isə baxılması üçün icraya yönəldilib.

Orxan