AZAL: Bilet satışı sentyabra qədər dayandırılıb

Azərbaycan Hava Yolları” QSC (AZAL) daxili və beynəlxalq istiqamətlər üzrə uçuşlara bilet satışını bərpa edib. 

XALQ.AZ xəbər verir ki, bu barədə aviaşirkətin internet səhifəsinə istinadən xəbər verir.

Aviabiletlər bu il sentyabrın 1-dən həyata keçiriləcək reyslərə satılır. 

Xatırladaq ki, bir qədər əvvəl AZAL açıqlama yayaraq iyulun 1-nə qədər ölkənin hava limanlarının bağlı qalacağını bəyan etmişdi. 

***

Məsələ ilə bağlı açıqlama verən AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, aviaşirkət sentyabra qədər bilet satışını dayandırıb və o vaxta qədər satışın bərpası Nazirlər Kabineti yanında Operativ Qərargahın atacağı addımlardan asılı olacaq.