Azay Quliyev Ə.Naxçıvani küçəsinin seçicilər ilə görüşdü – FOTO

Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev Ə.Naxçıvani küçəsinin sakinləri ilə görüşüb.

Azay Quliyevin Seçki Qərargahından XALQ.AZ-a verilən məlumata görə,  Azay Quliyevi seçicilər alqışlarla qarşılayıb və son 4 ildə seçicilərə verdiyi dəstəyə görə ona təşəkkür ediblər.

Azay Quliyev seçicilərin müraciətlərinin daha operativ həlli üçün ilk dəfə olaraq 2020-ci ildə Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin istifadəsi üçün elektron kabinet yaratdığını deyib və görüş iştirakçılarını e-kabinetdə qeydiyyatdan keçməyə dəvət edib.

Görüşdə çıxış edən Ə.Naxçıvani küçəsinin sakinləri Azay Quliyevin deputatlıq fəaliyyətini yüksək qiymətləndirdiklərini və fevralın 9-da böyük mütəşəkilliklə yenidən ona səs verəcəklərini deyiblər.

Daha sonra Azay Quliyev seçicilərin şikayət etdikləri həyətlərə baxış keçirib. Azay Quliyev görüşdə qaldırılan məsələləri müvafiq qurumlarla nüzakirə edərək həllinə çalışacağını bildirib.

Sonda isə Azay Quliyev görüşdə iştirak edən bir qrup jurnalistin suallarını cavablandırıb.

XALQ.AZ