Azay Quliyev seçicilərlə görüşdü – FOTO

Azay Quliyev 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsində seçicilərlə görüşüb.

XALQ.AZ xəbər verir ki, görüş zamanı seçicilər Azay Quliyevə keçən müddət ərzində onlara verdiyi dəstəyə, xüsusilə binaların həyətinın abadlaşması haqqında müraciətlərini rayon icra hakimiyyətinə çatdıraraq onun həllinə nail olduğuna görə təşəkkür ediblər. Seçicilərin müraciət və təkliflərini dinləyən Azay Quliyev onların həlli üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını bildirib.

Deputat ilk dəfə Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin istifadəsinə verilən e-Kabinetin əhəmiyyətindən danışaraq bütün seçiciləri adıçəkilən xidmətdə qeydiyyatdan keçməyə çağırıb.

Daha sonra Azay Quliyev seçicilərin təklifi ilə İsrafil Həşimov 8, Üzeyir Hacıbəyli 2/10 və 6, Svetlana Məmmədova 207 və 209, həmçinin, Ənvər Əlixanlı 89 saylı ünvanlarda olaraq həmin ərazidə mövcud problemlərlə də tanış olub. Azay Quliyev bütün təklif və müraciətlərin ümumiləşdirilərək onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirilib.

XALQ.AZ