“Ağsaqqal” kimi ölkədə məşhurlaşan aktyor Azər Baxşəliyev yenidən əməliyyat olunacaq.

XALQ.AZ məlumat verir ki, bu haqda sənətçi qonaq olduğu “İncə səhər” verilişində məlumat verib

Azər bildirib ki, ona əməliyyat yolu ilə böyrək köçürüləcək:

“Az qalıb, həll olunmalıdır. Böyrəyimdə problem var idi, əməliyyat olunmuşdum. Son günlər həmin problem yenidən yarandı. Bu dəfə də əməliyyata gedəcəyəm. Bu, son olacaq. Böyrək köçürülməsi olunacaq”.

Qeyd edək ki, Azər illərdir böyrək çatışmazlığından əziyyət çəkir. O, bir müddət əvvəl donor axtardığını deyib.


media-ads-728x90

Bənzər xəbərlər