Azərbaycanda ard -arda zəlzələ baş verdi
Xəzər dənizində zəlzələ qeydə alınıb.
XALQ.AZ xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xİdmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, 3.1 maqnitudalı yeraltı təkan saat 12:49-da, 74 km dərinlikdə baş verib.
Qeyd edək ki, səhər saatlarında İsmayıllıda zəlzələ baş verib.Bildirilib ki, 3.3 maqnitudalı zəlzələ bu gün saat 09:16-da, yerin 45 km dərinliyində qeydə alınıb.