Azərbaycanda unun qiyməti son bir ayda yenə artdı
Azərbaycanda unun qiyməti son bir ay ərzində iki dəfə artıb.
XALQ.AZ xəbər verir ki, ötən gündən etibarən unun topdansatış qiymətində növbəti dəfə 0,5-1,2 manat artım qeydə alınıb.
Açıqlanan rəsmi məlumatda ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 28,30-29,80 manat aralığında dəyişir. İyunun 6-dək bu rəqəm 27,40-29 manat, ötən ay isə 24,60-26,70 manat təşkil edirdi.
Ən ucuz un növü “Dəvəçi-Taxıl” MMC, ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM və “Nural” MMC tərəfindən bazara təqdim olunur.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına əsasən, un istehsalçılarının hazırda topdansatış qiymətlərini təqdim edirik: